Galaxy Note 9 512 GB daxili yaddaşa sahib olacaq, lakin siz onu ala bilməyəcəksiniz

Galaxy Note 9 512 GB daxili yaddaşa sahib olacaq, lakin siz onu ala bilməyəcəksiniz

Texnologiya
18.06.2018 PAYLAŞIM

    Bir çox smartfon istehsalçıları strateji biznes qərarlarından istifadə edərək müxtəlif bazarlar üçün öz müxtəlif smartfon versiyalarını satışa çıxardırlar. Məsələn Galaxy S9-un bəzi rəngləri yalnız Koreya və Çin bazarı üçün aktivdir. İki SIM kart girişinə sahib versiya isə bəzi bazarlarda ümumiyyətlə satışa çıxmır. Çox zaman smartfonun daxili yaddaş həcmi məsələsi də konkret region üçün aid edilir.

    Görünür, bu məsələ Galaxy Note 9-a da aid ediləcək. Belə ki, sonuncu sızdırılmış məlumatlara əsasən 512 GB daxili yaddaşa sahib olacaq Galaxy Note 9 modeli yalnız Cənubi Koreya və Çin bazarlarında satışa çıxacaq. Məlumata əsasən Galaxy Note 9 6 GB RAM, 256 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nəzərinizə çatdıraq ki, Huawei şirkəti 512 GB daxili yaddaş həcminə sahib smartfon modelini artıq satışa çıxardıb. Söhbət, Huawei Mate RS flaqman modelindən gedir. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×