
Çindən olan Ice Universe adlı
insayder bildirib ki, Galaxy Note 9 keçən il təqdim olunmuş model ilə müqayisədə
7 yeni özəlliklə təmin olunacaq. Həmin özəlliklərin arasında sadələri olsa da
tam ciddi dəyişikliklər də yer alıb. İnsayderin məlumatına əsasən Galaxy Note
9-da aşağıdakı yeni özəllikləri gözləmək lazımdır.
- Yeni S-Pen stilusu
- Crown UX istifadəçi interfeysi
- İkinci nəsil Bixby səsli köməkçisi
- Smartfon ekranına inteqrasiya
olunmuş barmaq izi skanı texnologiyası
- Sürətli enerji yığma özəlliyinə
sahib 3850 mAh enerji tutumlu batareya
- Teddy Brown adlı yeni korpus rəngi
- Təkmilləşdirilmiş kameralar.
Bir neçə müddət bundan öncə Galaxy Note 9 Geekbench bençmark saytında
aşkar edilmişdir. Geekbench saytından məlum olmuşdu ki, smartfon 8 nüvəli
Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Sonuncu məlumatlara əsasən
Samsung şirkəti Galaxy Note 9 modelini bir qədər tez təqdim edə bilər.
Şərh yoxdur