
Galaxy Note 9 Geekbench testindən keçdi
Elm & Texnologiya
29.03.2018
Emil
Geekbench testi onu göstərir ki,
Galaxy Note 9 8 nüvəli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz
olunacaq. Bu cür texniki göstərici həmçinin Galaxy S9 Plus modelində də var.
Bununla belə çox güman ki, Note 9-un beynəlxalq versiyası Exynos 9810
prosessoruna sahib olacaq. Galaxy Note 9 Android 8.1 Oreo əməliyyat sistemi
vasitəsilə çalışacaq. Onu da qeyd etmək lazımdır ki, smartfonun Geekbench test
nəticələri heç də təəccübləndirmir.

Çoxnüvəli testdə smartfon 8806 xal, birnüvəli
testdə isə 2190 xal yığıb. Bu göstəricilər Snapdragon 845 prosessoruna sahib
olan Galaxy S9 Plus modelinin göstəricilərinə (8420 və 2390) yaxındır və Exynos
9810 prosessoruna sahib Galaxy S9-un göstəricilərindən (8894 və 3648) aşağıdır.
Buna baxmayaraq smartfonun optimizasiya olunması üçün şirkətin hələ yarım il
vaxtı var. Samsung çox güman ki, Galaxy Note 9-u bu ilin Avqust ayında təqdim
edəcək. Qeyd etmək lazımdır ki, yeni Note modeli şirkətin ekrana barmaq izi
skanı texnologiyasının inteqrasiya olunduğu ilk modeli ola blər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
