
Baxmayaraq ki, Galaxy Note 9-un təqdimatı Avqust ayında baş tutacaq, artıq indidən onun fotosu internetdə yayılıb. Bu barədə Ice Universe adlı blogger xəbər verib. Yayılmış fotodan da görmək olar ki, Galaxy Note 9 xarici görünüşcə Galaxy Note 8-dən heç də fərqlənmir. Təqdimata hazırlaşan smartfon modellərinin fotolarını öz Twitter hesabında paylaşan Ice Universe bu dəfə Galaxy Note 9-un fotosunu təqdim edib. O həmçinin bildirib ki, Galaxy Note 9-da ciddi dizayn dəyişikliyini gözləməyə ehtiyac yoxdur.
Müxtəlif
mənbələrin verdikləri məlumatlara əsasən Mart ayında satışa çıxmış Galaxy S9
modelinin satışları o qədər də qənaətbəxş deyil. Smartfona tələbat hətta Cənubi
Koreyada da azdır. Bəzi analitiklərin fikrincə bunun səbəbi ondadır ki,
smartfon 2017-ci ildə təqdim olunmuş modelə çox bənzəyir. Beləliklə yeni modeldə
olan çox az sayda dəyişikliklər istifadəçiləri həmin modeli almağa motivasiya
etmir. Bəlkə də Samsung şirkəti Galaxy Note 9-da əsas diqqəti texnologiya tərəfə
ayıraraq ona yeni funksiyalar əlavə edib hansılar ki, yüksək gizliliklə
saxlanılır. Hər halda bunun doğru olub-olmadığını Avqust ayında biləcəyik.
Şərh yoxdur