Galaxy Note 9-un real posteri və qiyməti internetə sızdırıldı

Galaxy Note 9-un real posteri və qiyməti internetə sızdırıldı

Texnologiya
12.07.2018 PAYLAŞIM

    Samsung Galaxy Note 9 flaqman modelinin rəsmi təqdimatı 9 Avqust tarixində baş tutacaq. Bununla belə sözügedən smartfon barəsində demək olar ki, hər şey məlumdur. Üstəlik smartfonun əks olunduğu poster də internetdə yayıldı. Beləliklə Galaxy Note 9 xarici görünüşcə Galaxy Note 8-ə bənzəyəcək. Əsas fərqlilik isə yeni prosessor, barmaq izi skanının arxa panelin mərkəzində yerləşməsi, böyük həcmli batareya və yenilənmiş S Pen stilusu olacaq.


Bənzər xəbər


    Yayılmış rəsmi posterdə biz üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera və onun aşağı hissəsində yerləşən barmaq izi skanı texnologiyasını görə bilərik. Həmçinin posterdə qızılı rəngdə olan yenilənmiş S Pen stilusu da əks olunub. Bununla yanaşı Polşanın saytlarından biri Samsung şirkətinin əməkdaşından smartfonun hansı qiymətə satılacağını öyrənib. Beləliklə Polşada 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq Galaxy Note 9 1158$ qiymətinə satılacaq. Qeyd etmək lazımdır ki, məhz bu cür qiymət göstəricisi ilə Galaxy Note 8 də Polşada satılırdı. Güman olunur ki, smartfonun satışlarına 24 Avqust tarixindən start veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×