Logo
    main-post-cover

    Galaxy Note seriyası üçün bir ilk: Galaxy Note 9 rekord yaddaş həcmi ilə gələ bilər

    Elm & Texnologiya
    28.05.2018
    Emil
        Yeni şayiələrə əsasən Samsung şirkəti 8 GB RAM ilə 512 GB daxili yaddaşa sahib Galaxy Note 9 modelini təqdim edə bilər. Bu barədə Ice Universe adlı mənbə öz Twitter hesabında bildirib. Qeyd etmək lazımdır ki, bu mənbə Samsung şirkəti barəsindəki doğru məlumatları ilə seçilir. Bununla belə Ice Universe sözügedən Galaxy Note 9 modelinin konkret hansısa bazar üçün olub-olmayacağı barəsində heç bir məlumat verməyib.

        Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlarda qeyd olunurdu ki, Samsung şirkətinin növbəti flaqman modeli 6 GB RAM və 64/128/256 GB daxili yaddaş ilə təchiz olunacaq. Bundan əlavə olaraq son məlumatlara əsasən Galaxy Note 9 iPhone X-dəki kimi istifadəçi üzünün 3D skan texnologiyasına və daha nazik çərçivələrə sahib ola bilər. Nəzərinizə çatdıraq ki, bir neçə müddət bundan öncə Huawei şirkəti bazarda 512 GB daxili yaddaşa sahib ilk smartfonu təqdim etmişdi. Söhbət, Huawei Mate RS modelindən gedir.
    Paylaş
    Bənzər xəbərlər