Galaxy S10 ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanına sahib ola bilər

Galaxy S10 ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanına sahib ola bilər

Texnologiya
15.05.2018 PAYLAŞIM

    İlk dəfə məlumata əsasən Galaxy Note 9 smartfonu Samsung-un ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib ilk cihazı olacaqdı. Lakin nədənsə bu baş vermədi və buna görə də Galaxy Note 9 standart olaraq arxa panel tərəfdən barmaq izi skanı texnologiyasına sahib oldu. Daha sonradan məlum oldu ki, şirkət hələki bu texnologiyanı istifadə etməyə hazır deyil. Hər halda keçən il bu belə idi.

    İndi isə ümidlər gələn il təqdim olunacaq Galaxy S10 smartfonunadır. Belə ki, yubiley model olacaq həmin cihaza qeyri-adi özəllik lazımdır ki, o, yubileyi lazımi şəkildə qeyd etsin. Bu cür özəllik əyilə bilən ekran da ola bilər, ekrana inteqrasiya olunmuş barmaq izi skanı da ola bilər. Koreyadan olan yeni hesabatlara əsasən bu cür texnologiyanın dəqiqliyi və uzunömürlülüyü üçün Samsung şirkəti özünün ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı texnologiyasını hazırlayır.

Bənzər xəbər


    Bu cür texnologiyanın hazırlanması daha baha başa gəlir və kütləvi istehsalat üçün bir qədər qəlizdir. Lakin uzunmüddətli perspektivdə sözügedən texnologiyaya nəinki smartfonlarda həmdə avtomobillərdə və IoT (Internet of Things) sahəsində tələbat artacaq. Məlumata əsasən Samsung-un ekrana inteqrasiya olunmuş ultrasəsli barmaq izi skanı texnologiyası artıq hazırdır. Lakin onun dəqiqliyi Galaxy S10-nun çıxışına kimi təkmilləşdirilməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×