main-post-cover

    Galaxy S10 haqqında ilk məlumatlar ortaya çıxdı

    17.04.2018
    Farid Pardashunas
    Samsung şirkəti Fevral ayının sonunda Galaxy S9S9 Plus flaqman modellərini təqdim etmişdi. İndi isə Galaxy S10 haqqında ilk məlumatlar ortaya çıxıb. Smartfon haqqında məlumatları Sammobile saytı verib. Onun verdiyi məlumata əsasən Galaxy S10 xarici görünüşcə Galaxy S9-dan heç də fərqlənməyəcək. 2019-cu ildə təqdim olunacaq Galaxy S10 əyilə bilən ekran və ya yeni konstruksiyaya sahib olmayacaq.
    O ənənəvi olaraq 18:9 nisbətli və nazik çərçivələrə sahib olacaq Infinity Display ilə təchiz olunacaq. Galaxy S10-nun ekran ölçüsü (5.8 inç) dəyişilməz olaraq qalacaq. Lakin Galaxy S10 Plus modeli 6.3 inç ekrana sahib olacaq. Galaxy S seriyasının yeni modellərinin əsas özəlliklərindən biri isə ekrana inteqrasiya olunacaq barmaq izi skanı texnologiyası olacaq. Məlumata əsasən barmaq izi skanı texnologiyası smartfon ekranının aşağı hissəsində yerləşəcək.
    Çox güman ki, Galaxy Note 9-da bu texnologiya reallaşdırılmayacaq. Belə ki, həmin texnologiya hələki lazımi səviyyədə çalışmır. Digər bir yenilik isə Samsung şirkətinin İsrailin Mantis Vision startapı ilə birlikdə çalışdığı 3D kameralar olacaq. Görünür, bu kameralar istifadəçi üzünün skanı prosesinin və animasiyalı emojilərin təkmilləşdirilməsi üçün istifadə olunacaqlar. Smartfonlar haqqında digər məlumatlar isə yüksək səviyyədə gizliliklə qorunurlar və çox güman ki, hələ tam olaraq təyin olunmayıblar. Belə ki, Galaxy S10 və S10 Plus modellərinin təqdimatı 2019-cu ilin Fevral ayından tez baş tutmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər