Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tarixləri məlum oldu

Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tarixləri məlum oldu

Texnologiya
10.12.2019 PAYLAŞIM

    Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy A51 Galaxy A71 smartfon modelləri üzərində çalışır. İndi isə həmin smartfonların nə zaman satışa çıxacaqları və satış qiymətləri barəsində məlumat verilib. Bu barədə GalaxyClub saytı xəbər verib. Belə ki, GalaxyClub saytının jurnalistləri Slovakiyanın Datart adlı online mağazasında sözügedən smartfonların qiymətlərini aşkar ediblər.

    Aşkar edilmiş məlumata əsasən Galaxy S10 Lite 669 avroya, Galaxy Note 10 Lite 609 avroya, Galaxy A51 375 avroya, Galaxy A71 isə 469 avroya satılacaq. Online mağazada bu smartfonların texniki göstəriciləri və fotoları olmasa da orda qeyd edilib ki, sözügedən smartfonlar 27 dekabr tarixində satışa çıxacaqlar..


    Qeyd etmək lazımdır ki, Galaxy A51 ilə Galaxy A71 modelləri 12 dekabr tarixində təqdim olunacaqlar. Galaxy S10 Lite və Galaxy Note 10 Lite modellərinin təqdimat tarixləri barəsində isə heç bir məlumat yoxdur. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy S10 Lite və Galaxy Note 10 Lite modellərinin təqdimatlarını yanvar ayına təxirə salıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×