Galaxy S10 Lite smartfon modelinin dizaynı sızdırıldı

Galaxy S10 Lite smartfon modelinin dizaynı sızdırıldı

Texnologiya
04.11.2019 PAYLAŞIM

    İnternetdə Samsung şirkətinin büdcəli Galaxy S10 smartfon modeli üzərində çalışması barəsində artıq çoxlu sayda məlumat ortaya çıxıb. Lakin indiyənə kimi həmin smartfon barəsində tam dəqiq bir məlumat yox idi. İndi isə bu vəziyyət dəyişib. Belə ki, yeni məlumat sızıntısı Galaxy S10 Lite smartfon modelinin dizaynını ortaya çıxardıb. Bu barədə Mspoweruser.com saytı xəbər verib.


    Samsung-un yeni patentinə əsasən güman olunan SM-G770F model nömrəsinə sahib smartfon arxa paneldən iki kamera modulu ilə təchiz olunacaq. Çox güman ki, smartfon Full HD+ keyfiyyətli 6.7 düym ekrana və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissəyə sahib olacaq. Galaxy S10 Lite modeli həmçinin Snapdragon 855 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi və 4370 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ də bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×