Galaxy S10 modeli 3D Üz Tanıma texnologiyası ilə iPhone X'ə rəqib olacaq

Galaxy S10 modeli 3D Üz Tanıma texnologiyası ilə iPhone X'ə rəqib olacaq

Texnologiya
07.07.2018 PAYLAŞIM

        Galaxy S10 modeli Samsung'un ən fərqli cihazlarından biri olacağı düşünülür. Buna səbəb telefonun 3 arxa kameraya, yeni bir dizayna və ekranda barmaq izi sensorunun olmasıdır. Yenı çıxan məlumatlara görə isə Samsung 2014-cü ildə, yəni iPhone X daha tanıdılmadan əvvəl 3D Üz Tanıma texnologiyasının patentini almağa çalışıb. ABŞ Patent ofisindən gələn məlumatlara görə isə Samsung bu patenti hələ indi ala bilib.

Hal-hazırda Samsung kimi bir şirkətin əlində 3D Üz Tanıma patentinin olması Galaxy S10 modelində bu texnologiyanın istifadə ediləcəyinə bir işarə kimi qəbul edilir.    

Bənzər xəbər


        Bir neçə ay əvvəl xəbərini hazırladığımız 3D İris Tanıma texnologiyasından Samsung'un imtina etdiyi bəllidi. Onun yerinə İsrailli şirkət ilə ultrabənövşəyi şüa istifadə edərək 3D Üz Tanıma sisteminin hazırlanmasında birlikdə çalışdıqlarını bildirmişdik. Əlavə olaraq bu texnologiyanın həm də Galaxy X modelində də istifadə ediləcəyi düşünülür.

        3D Üz Tanıma texnologiyası Time of Flight adı verilən başqa bir texnologiya üzərində hazırlanır. Həmçinin Galaxy S10 modelində standart görüntü sensoru və istifadəçidən əks olunan işığı təyin edən başqa bir sensor daha istifadə ediləcək. Bu qədər texnologiyanın bir yerdə olma səbəbi sadəcə ekran kilidini açmaq yox, hərəkət izləyicisi, göz izləyicisi və gecə görüşü kimi bir çox funksiya üçün istifadə edilməsidir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×