
Galaxy S10-nun real fotosu sızdırıldı
Elm & Texnologiya
04.01.2019
Emil
Məşhur insayder Evan Blass, Beyond 1 kod adına sahib Galaxy S10 flaqman smartfonunun real fotosunu paylaşıb. Fotodan da görmək olar ki, smartfon barəsində əvvəlki məlumat sızıntıları düz imiş. Bu baxımdan smartfonun dizayn özəllikləri üzrə hansısa sürprizə rast gəlinməyib. Beləliklə smartfon dairəvi künclərə sahib böyük ekranl təchiz olunub. Ekranın yuxarı sağ hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir.

Bəzi məlumatlara əsasən həmin dairəvi hissənin ətrafında kiçik işıqlandırma sistemi olacaq və o, smartfonun enerji səviyyəsi barəsində məlumatı əks etdirəcək. Yuxarı və aşağı hissələrdəki çərçivələrə bir qədər qalındırlar. Bundan əlavə olaraq Evan Blass bildirib ki, Galaxy S10 da Huawei Mate 20 Pro modeli kimi sinxronlaşdırılmış cihazlar üçün şarj stansiyası kimi çıxış edəcək.
Artıq məlumdur ki, yeni Galaxy S seriyası 4 smartfon modeli ilə təqdim olunacaq: Galaxy S10, Galaxy S10 Plus, Galaxy S10 Lite və Galaxy S10 5G. Çox güman ki, Galaxy S10 5G modeli bir qədər sonra təqdim olunacaq. Lakin digər 3 smartfon modelinin təqdimatının gələn ayın sonunda keçirilcək MWC 2019 sərgisində baş tutacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
