Logo
    main-post-cover

    Galaxy S10 Plus'ın ön kamerası barədə yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    03.12.2018
    Emil
        İnternetdə yeni Galaxy S seriyasının modellərindən biri barəsində yeni məlumat ortaya çıxıb. Yeni məlumatı məşhur çinli insayder Ice Universe verib. Artıq məlumdur ki, Galaxy S10, S10 PlusS10 Lite modelləri Super AMOLED ekranlarla təhiz olunacaqlar və ekranların üzərlərində ön kameralar üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq.

        Beləliklə yeni məlumata əsasən S10 Plus modeli ikili ön kamera ilə təchiz olunacaq. Bu səbəbdən S10 Plus modelinin ekran üzərindəki kiçik dairəvi hissələrin dizaynı fərqlənə bilər. S10 Plus modelinin ön kameraları barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman etmək olar ki, onlardan biri adi kamera modulu, digəri isə 120 dərəcə təsvir bucağına sahib genişformatlı kamera modulu olacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S seriyasının təqdimatı gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisi çərçivəsində baş tutacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər