
Galaxy S10 Plus smartfonu Samsung tarixində ən böyük mobil cihaz ola bilər
Elm & Texnologiya
28.06.2018
Emil
Galaxy S9 smartfonunun yaxşı
satıldığı bir vaxtda internetdə artıq Galaxy S seriyasının yeni modeli barəsində
daha çox məlumatlar ortaya çıxmağa başlayıb. Bir sıra məlumatlara əsasən
Samsung şirkəti gələn il Galaxy S10 flaqman modelini 3 versiyada təqdim edəcək:
Büdcəli versiya, baza versiyası və təkmilləşdirilmiş versiya. Son yayılmış məlumatlara
əsasən isə Galaxy S10 Plus modeli Samsung şirkətinin indiyənə kimi satışa
çıxartdığı bütün smartfonlarını ölçü barədə üstələyəcək.
Əgər əvvəlki məlumatlarda
həmin modelin 6.3 inç ekrana sahib olacağı deyilirdisə, indiki məlumatlara əsasən
Galaxy S10 Plus 6.44 inç ekrana sahib olacaq. Bu hətta Avqust ayında təqdim
olunacaq Galaxy Note 9-un ekran ölçüsündən də (6.38 inç) böyükdür. Çox güman
ki, belə üsulla Samsung şirkəti yeni iPhone modelinin rəqibini hazırlayır. Belə
ki, bəzi məlumatlara əsasən Apple şirkəti Sentyabrda 6.46 inç ekrana sahib
olacaq iPhone modelini təqdim edəcək. Standart Galaxy S10 5.8 inç, Galaxy S10
Light isə 5 inç ekranla təchiz olunmalıdır. Galaxy S10 modelinin təqdimatı barəsində
hələki heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
