
Galaxy S10 Plus smartfonunun maya dəyəri əslində nə qədərdir?
Elm & Texnologiya
03.03.2019
Emil
TechInsights saytının mütəxəssisləri yeni Galaxy S10 Plus flaqman smartfonunu hissələrə ayıraraq cihazın maya dəyərini araşdırıblar. Əldə olunmuş rəqəmlər smartfonun komplektasiya detallarını, yığılmasnı və testlərini əhatə edir. Bura şirkətin tədqiqatlar, marketinq və logistika xərcləri daxil deyil. Beləliklə Galaxy S10 Plus smartfon modelinin ən bahalı detalları məhz AMOLED ekran (86.5$), Exynos 9820 prosessoru (70.5$) və kamera modulları (ümumilikdə 56.5$) olublar.

Keçən ilki Galaxy S9 Plus smartfon modeli ilə müqayisədə ekranın və prosessorun qiyməti qalxıb. Belə ki, ekranın qiyməti 14$, prosessorun qiyməti isə 2.5$ yüksəlib. Smartfonun yaddaş modullarının ümumi qiyməti isə dəyişilməz olaraq qalıb (50.5$). Buna baxmayaraq Galaxy S10 Plus modelinin yaddaş göstəriciləri yüksəlib. Belə ki, smartfon 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunub. Galaxy S9 Plus modelinin standart versiyası isə 6 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunurdu. Beləliklə TechInsights saytının hesablamalarına əsasən Galaxy S10 Plus modelinin maya dəyəri 420$ təşkil edib. Keçən ilki Galaxy S9 Plus modelinin maya dəyəri isə 379$ təşkil etmişdi. Qeyd etmək lazımdır ki, Galaxy S10 Plus modelinin qiyməti 999$-dan başlayır.






Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
