
Galaxy S10 seriyası barəsində yeni məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
08.12.2018
Emil
Məşhur insayder Evan Blass yeni Galaxy S seriyasının smartfon modelləri barəsində məlumatlar verib. Biz artıq bilirik ki, yeni Galaxy S seriyası 3 smartfon modelindən ibarət olacaq: Galaxy S10, S10 Lite və S10 Plus. Daha əvvəlki məlumatlara əsasən gözlənilirdi ki, Galaxy S10 ilə S10 Lite modelləri eyni ekran ölçülərinə (5.8 düym), S10 Plus modeli isə 6.44 düym ekrana sahib olacaq.

Lakin Evan Blass-ın son məlumatlarında bu göstəricilər fərqlənirlər. Beləliklə yeni məlumata əsasən Galaxy S10 (SM-G973F model nömrəli) 6.1 düym ekrana, S10 Lite (SM-G970F model nömrəli) 5.8 düym ekrana, S10 Plus (SM-G975F model nömrəli) isə 6.4 düym ekrana sahib olacaq. Smartfonlar həmçinin öz kameralarına görə də bir-birilərindən fərqlənəcəklər. Belə ki, Galaxy S10 ilə S10 Lite bir ədəd ön kamera, S10 Plus isə iki ədəd ön kamera ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
