main-post-cover

    Galaxy S10 seriyasının sadələşdirilmiş versiyası Galaxy S10E'nin press-render fotoları ortaya çıxdı

    02.02.2019
    Emil Nəcəfov
        Bu ayın sonunda təqdim olunacaq yeni Galaxy S seriyasının S10S10 Plus smartfon modellərinin rəsmi press-render fotolarının ortaya çıxmasından sonra yeni seriyanın daha sadələşdirilmiş versiyası olan Galaxy S10E modelinin də press-render fotoları ortaya çıxıb. Bu barədə Phandroid saytı xəbər verib. Qeyd etmək lazımdır ki, nəticə etibarilə seriyanın sadələşdirilmiş versiyasının necə adlanacağı hələ tam dəqiq bilinmir. Smartfon həm S10 Lite həm də S10E adlana bilər. Lakin son məlumatlara əsasən sözügedən model məhz S10E adlanacaq.

        Adi Galaxy S10 və S10 Plus modellərindən Galaxy S10E öz aşağı qiymət göstəricisi, kompakt ölçüləri və ekran kənarlarının əyilmiş dizayna sahib olmaması ilə fərqlənir. Xarici görünüşcə Galaxy S10E modeli adi Galaxy S10-a bənzəyəcək. Smartfon demək olar ki, çərçivəsiz 5.8 düym ekran və ekranın yuxarı sağ hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə ilə təchiz olunacaq. Sadələşdirilmiş modeli digər iki smartfondan fərqləndirəcək daha bir özəllik də ondan ibarətdir ki, Galaxy S10E modeli yastı ekrana sahib olacaq.

        Bununla belə barmaq izi skanı tenxologiyası smartfonun ekranına inteqrasiya ediləcək. Adi Galaxy S10 və Galaxy S10 Plus modellərindən fərqli olaraq Galaxy S10E modeli ikili arxa kamera ilə təchiz olunacaq. Sadələşdirilmiş modeldə hansı kamera sensorlarından istifadə ediləcəyi hələki bilinmir. Hal hazırki məlumatlara əsasən Galaxy S10E smartfonu 6 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.
        Çox güman ki, smartfonun digər göstəricili versiyaları da olacaq. Lakin Galaxy S10E modelində Snapdragon 855 və ya Exynos 9820 prosessorlarının olub-olmayacağı hələki bilinmir. Sadəcə olaraq son məlumatlarda qeyd olunub ki, Galaxy S10E 3100 mAh enerji tutumlu batareyaya sahib olacaq. Güman edilir ki, Galaxy S10E modelinin qiyməti 750 avro təşkil edəcək. Bu isə adi Galaxy S10 modelinin qiymətindən 150 avro ucuzdur. Qeyd etmək lazımdır ki, yeni Galaxy S seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.
    Linki kopyala