Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı

Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı

Texnologiya
20.11.2018 PAYLAŞIM

    SamMobile adlı mənbə Galaxy S10 seriyası və əyilə bilən Galaxy F (şərti ad) modeli barəsində yeni məlumatları verib. Mənbənin verdiyi məlumata əsasən yeni Galaxy S seriyası 3 variantda təqdim olunacaq və onlardan yalnız ikisi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Belə ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə 5.8 inç ekrana sahib Galaxy S10 (SM-G973x model nömrəli) və 6.44 inç ekrana sahib Galaxy S10+ modeli (SM-G975x model nömrəli) təchiz olunacaq.

    Büdcəli Galaxy S10 Lite modelində isə barmaq izi skanı texnologiyası cihazın kənar hissəsində yerləşəcək. Bununla yanaşı Lite versiya yalnız adi OLED ekrana sahib olacaq. Yerdə qalan iki model isə əyilmiş Infinity ekranla təchiz olunacaq. Hər 3 smartfon modeli qara, ağ, yaşıl və sarı rənglərdə satışa çıxacaq. Bundan əlavə olaraq yeni Galaxy S seriyası həmçinin qradient rənglərdə də satışa çıxa bilər. Əyilə bilən Galaxy F smartfonuna gəldikdə isə bu cihaz SM-F900U, SM-F900FSM-F900N model nömrələri əldə edib.

Bənzər xəbər


    Məlumata əsasən əyilə bilən Galaxy F modelinin versiyaları öz aralarında müxtəlif ekran ölçüsü və ya texniki göstəricilər ilə fərqlənməyəcəklər. Sözügedən model nömrələri sadəcə olaraq müəyyən ölkələrin bazarları üçün nəzərdə tutulub. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy F 512 GB daxili yaddaş ilə təchiz olunacaq və boz, qara rənglərdə satışa çıxacaq. Gözləntilərə əsasən yeni Galaxy S seriyası və Galaxy F smartfonu gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində təqdim olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×