
Galaxy S20-nin satış tarixi məlum olub
Elm & Texnologiya
01.02.2020
Emil
Samsung şirkətinin öz yeni Galaxy S20 flaqman smartfon seriyasını təqdim edəcəyi Galaxy Unpacked 2020-nin keçirilməsinə sayılı günlər qalıb. İndiyənə kimi Galaxy S20 smartfon seriyasına daxil olacaq cihazların dəqiq satış tarixləri barəsində məlumat verilmirdi. Sadəcə olaraq məlumat sızıntılarında qeyd ounurdu ki, smartfonlar mart ayının ilk həftəsində satışa çıxa bilərlər.
Lakin görünür, Samsung şirkəti həmin zaman intervalını öz saytında təsdiqləyir. Bu barədə Sammobile saytı xəbər verib. Əgər siz Samsung US saytına daxil olsanız, sizi ilk qarşılayacaq mənzərə Galaxy Unpacked 2020-nin loqosu olacaq. Bundan əlavə siz özünüz üçün xüsusi yer də rezervasiya edə bilərsniz ki, sizin mail ünvanınıza smartfonun ön sifariş etmə imkanı haqqında məlumat gəlsin.

Qeyd etmək lazımdır ki, bu halda istifadəçi ön sifariş üçün deyil sadəcə olaraq mail ünvanına göndəriləcək məlumat üçün yer rezervasiya edir. Samsung şirkəti bu cür üsuldan bir çox flaqman smartfonlarında istifadə edib. Beləliklə bu cür rezervasiyanı etmiş şəxslərdən birinin mail ünvanına gəlmiş məlumata əsasən Galaxy S20 smartfonu 6 mart tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
