main-post-cover

    Galaxy S20 seriyası keçən ilki Galaxy S10 seriyasından daha az satılır

    Elm & Texnologiya
    27.03.2020
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy S20 flaqman smartfon seriyasını fevral ayında təqdim etmişdi. İndi isə internetdə sözügedən smartfon seriyasının ilk satış göstəriciləri ortaya çıxıb. Göstəricilər heç də ürəkaçan deyillər. Belə ki, Koreyanın Seoul Economic Daily saytının verdiyi məlumata əsasən Galaxy S20 seriyası keçən ilki Galaxy S10 seriyasından 40% daha az satılır. Bundan əlavə olaraq yaxın müddətdə satışların yüksələcəyini gözləmək lazım deyil. Təbii ki, şirkətin yen smartfon seriyasına tələbatın aşağı düşməsinin ən böyük səbəbi bütün dünyada yayılan koronavirus pandemiyasıdır.
        Belə ki, koronavirus səbəbilə Samsung şirkəti bu ilin birinci rübündə öz flaqman smartfonlarının istehsalını 38% aşağı saldı. Təəssüflər olsun ki, Samsung-un digər smartfon modellərinin satışları barəsində bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər modellərin satış göstəriciləri də heç ürəkaçan deyil. Bu cür göstəricilər mobil cihazlar sahəsinin liderinə böyük zərbə vuracaq. Lakin nəzərə almaq lazımdır ki, digər istehsalçılarda da vəziyyət eynidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər