
Galaxy S8-i isti yağın içində qızartdılar (VİDEO)
Elm & Texnologiya
24.06.2017
Emil
Müxtəlif videobloggerlər, smartfonların dözümlüklərini yoxlamaq üçün yeni üsullar axtarmaq da davam edirlər.
Bu dəfə Tennet’s Lager adlı YouTube kanalının videobloggerləri,
Samsung Galaxy S8 smartfonunu sözün əsl mənasında isti yağın içində
qızardıblar. İlk öncə təcrübəçilər sözügedən smartfonu xüsusi mayenin içinə
daxil ediblər. Bu maye əsasən fast food məkanlarda toyuqların qızardılmasında
istifadə olunur. Daha sonra onlar 200 dərəcə temperaturlu isti yağa smartfonu
atıb 1 dəqiqə gözləyiblər. Qeyd etmək lazımdır ki, Galaxy S8, IP68 standartına
uyğun sudan və tozdan qorunsa da, o bu cür ciddi təcrübə üçün nəzərdə
tutulmayıb. Spoiler vermək istəmədiyimiz üçün smartfonun aqibətinin necə
olduğunu bilmək istəyirsinizsə aşağıdakı videoya baxın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
