Galaxy S8-in daha dözümlü versiyası Galaxy S8 Active təqdim olundu

Galaxy S8-in daha dözümlü versiyası Galaxy S8 Active təqdim olundu

Texnologiya
08.08.2017 PAYLAŞIM

“Samsung” şirkəti, rəsmi olaraq Galaxy S8-in daha dözümlü versiyası olan Galaxy S8 Active modelini təqdim etdi.

Bu versiya, aktiv həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub. Onun korpusu metal çərçivələrdən ibarətdir və o çox dözümlüdür. Beləliklə smartfon, 1.5 metr hündürlükdən düz səthə düşən zaman ona heç bir zərər dəymir. Sudan və tozdan qorunma özəlliyi isə IP68 standartı üzrə qurulub. Bu isə o deməkdir ki, smartfonun daxili hissəsinə toz dənəciyi belə daxil ola bilməz və o, suyun altından belə çalışa bilər. Bundan əlavə olaraq 5.8 inç-lik Super AMOLED ekran, əlavə olaraq Corning Gorilla Glass 5 şüşəsi ilə qorunur. Ümumilikdə isə Galaxy S8 Active modelinin dözümlülüyü, MIL-STD-810G hərbi standartına uyğun gəlir. Smartfonun daha dözümlü versiyasının ən böyük özəlliyi, onun batareya həcminin böyüməsində oldu. Belə ki, Galaxy S8 Active modeli, 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Digər göstəricilərinə görə isə o, adi Galaxy S8 ilə eynidir.





DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×