
Galaxy S8 Lite modelinin rəsmi render fotoları yayımlandı
Elm & Texnologiya
10.05.2018
Emil
Bir neçə müddət bundan öncə
verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Çinin telekommunikasiya agentliyi olan
TENAA-nın məlumatlar bazasında SM-G8950 kodlu smartfon barəsində məlumatlar
ortaya çıxıb. Həmin xəbərin yayılmasından sonra bir çoxları düşündü ki, sözügedən
smartfon Galaxy S8 Lite modelidir (bəzilərinin fikrincə isə Galaxy S9 Lite).
İndi isə cihazın rəsmi render fotoları yayımlanıb. Lite versiyanın dizaynı
tamamilə Galaxy S8 və S8 Plus modellərinin dizaynlarına bənzəyir. Belə ki, Lite
versiya da şüşə korpusa sahibdir.

Onun arxa panelində şirkətin loqosu, kamera və
kameranın sağ tərəfində barmaq izi skanı yeri yerləşir. Smartfonun yuxarı hissəsində
isə SIM kart və microSD girişi var. TENAA saytındakı məlumatlara əsasən Galaxy
S8 Lite 5.8 inç FHD+ Infinity Display ekranı,
Snapdragon 660 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP-lik arxa
kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz
olunacaq. Çox güman ki, smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışacaq. Şayiələrə əsasən Galaxy S8 Lite 21 May tarixində Çində təqdim
olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
