Galaxy S9 haqqında ilkin məlumatlar

Galaxy S9 haqqında ilkin məlumatlar

Texnologiya
28.07.2017 PAYLAŞIM

“Samsung”un qarşımızdakı il bazara təqdim edəcəyi Galaxy S9 və Galaxy Note 8 modellərində istifadə ediləcək prosessorlar haqqında ilkin məlumatlar gəlməyə başladı.Galaxy S8 cihazlarda Exynos-un 9 ardıcıllığından Exynos 8895 çipsetini istifadə edən Samsung, Galaxy S9  ilə yenə Exynos ardıcıllığı prosessorlara sadiq qalacaq kimi görünür. Gələn məlumatlara görə Samsung, Galaxy Note 8-də Exynos-un yeni 9610 çipsetini istifadə edəcək.

Exynos 9610 çipset 2.4 GHz-də çalışacaq dörd Cortex-A73 nüvəsindən güc alacaq. Prosessorların səkkiz nüvəli olacağı da bilinir və qalan dörd nüvənin Cortex-A53 olaraq seçim ediləcəyi haqqında danışılır.


Çipsetdə qrafik interfeysi olaraq da Mali-G71 istifadə ediləcək və bu da Exynos 8895-ə nisbətlə böyük bir yeniləmə mənasını verir. Lakin bu çipsetin Galaxy S9-da mı yoxsa Galaxy Note 8-də mi istifadə ediləcəyi mövzusunda bir qərarsızlıq var kimi görünür.Çünki gələn şərhlərə görə Samsung, Galaxy S9-da hələlik heç bir detalı müəyyən olmayan sirrli Exynos 9810 çipsetinə yer verə bilər. Uzun müddətdir Galaxy S9 və Galaxy Note 9 cihazlarında 7nm-lik çipsetə keçid ediləcəyi haqqında danışıldığı üçün Exynos 9810-un Exynos 9610 modelindən ən əhəmiyyətli fərqi də bu ola bilər.

Son olaraq da Samsungun altı nüvəli Exynos 7885 modeli üzərində də işlərini davam etdirdiyini ifadə edək. 14nm-lik bu çipsetdə iki Cortex-A73, dörd ədəd də Cortex-A53 istifadə ediləcək və bu nüvələr 2.1 GHz-də çalışacaq.

Sözü gedən bu prosessorun da Samsung-un Galaxy A7 modelində istifadə ediləcəyi təxmin edilir çünki ötən günlərdə müxtəlif benchmark testlərindən vizuallar ortaya çıxmış və A7-də 2.1 GHz-də çalışan bir prosessor görülmüşdü.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×