
Galaxy S9 ilə S9+ modellərinin anonslarına 1 həftə qalmış bu smartfonlar haqqında bütün məlumatların olduğu mənzərəsi görünür.
Lakin buna baxmayaraq yeni smartfonlar barəsində məlumatlar gəlməkdə davam edir. Məşhur və nüfuzlu insayder Evan Blass sözügedən modellərin yeni render fotolarını təqdim edib. Roland Quandt adlı digər bir insayder isə təqdim olunacaq smartfonların qiymətləri barəsində məlumatları verib. Onun sözlərinə görə 64 GB daxili yaddaşa sahib olacaq Galaxy S9 Norveçdə 1130$ qiymətinə, həmin daxili yaddaş göstəricisinə sahib olacaq Galaxy S9+ isə 1260$ qiymətinə satılacaq.
Galaxy S9 haqqında ilkin məlumatlar
Yəni keçən ilki modellər
ilə müqayisədə yeni modellərin qiymətləri 155$ və 167$ qalxıb. Çox güman ki,
digər ölkələrdə də qimətlər 15% qalxacaq. Hal hazırda olan məlumatlara əsasən
yeni modellər keçən ilki smartfonlardan cüzi fərqlənəcəklər. Əsas dəyişikliklər
prosessoru, barmaq izi skanı texnologiyasının yerini və kameraları əhatə edəcək.
Qeyd etmək lazımdır ki, Galaxy S9 ilə S9+ modellərinin təqdimatı 25 Fevral
tarixində baş tutacaq.
Şərh yoxdur