Logo
    main-post-cover

    Galaxy S9, iPhone X-in əsas xüsusiyyətinə sahib olacaq

    Elm & Texnologiya
    15.10.2017
    Emil
    “Samsung”un növbəti flaqman modeli olacaq Galaxy S9, gələn ay satışa çıxacaq iPhone X-in əsas özəlliyini özündə daşıyacaq.
    Söhbət, üzün 3D skan texnologiyası olan Face ID-dən gedir. Bu cür məlumat şirkətə yaxın olan mənbələrdən gəlib. Lakin “Samsung”un qarısında əsas tapşırığı yetirmək dayanır. Belə ki, o, çoxlu sayda sensor və ötürücülər sayəsində qəliz bir sistem yaratmalıdır. Məlumata əsasən istehsal olunan iPhone X modellərinin cəmi 10%-i “Apple”ın, üzün 3D skanı tələblərini ödəyir. iPhone X-də olan üz skanı texnologiyası, “Microsoft” şirkətinin Kinect adlı cihazına bənzəyir. Belə ki, Face ID də Kinect kimi istifadəçinin nəinki üzünü təyin edə, həmdə onun baş hərəkətlərini və üz əzələlərini təyin edə bilir.

    Başqa sözlə desək, Face ID, orijinal Kinect cihazını hazırlamış “PrimeSense” şirkətinin texnologiyası əsasında qurulub. Bu şirkət isə 2013-cü ildə “Apple” tərəfindən alınmışdı. Bu fakt onu təsdiq edir ki, iPhone X-in hazırlanmasına 5 il bundan öncə start verilib. Bundan əlavə olaraq məlumatlara əsasən Galaxy S9, “Qualcomm” şirkətinin yeni Snapdragon 845 prosessoruna sahib olacaq. Galaxy S8-dən fırqli olaraq yeni modelin üst və aşağı çərçivələri daha da nazikləşəcək. Galaxy S9-un prezentasiyasının Mobile World Congress 2018 tədbirində baş tutacağı gözlənilir. Həmin vaxta kimi şirkətin öz Face ID texnologiyasını hazırlamağa vaxtının çatıb-çatmayacağını isə prezentasiya vatı bilmək olacaq.
    Paylaş
    Bənzər xəbərlər