
Galaxy S9 Plus-ın təmir olunma mümkünlüyü yoxlanılıb
Elm & Texnologiya
12.03.2018
Emil
iFixit saytının mütəxəssisləri Galaxy S9 Plus modelinin icmalını edərək smartfonun yığılma keyfiyyətini və onun təmir olunma mümkünlüyünü qiymətləndiriblər.

Bunun üçün mütəxəssislər smartfonu
tamamilə hissələrə ayırıblar ki, onun daxili quruluşunun necə olduğunu bilsinlər. Galaxy
S9 Plus ön və arxadan şüşə ilə qorunduğu üçün ilk növbədə onu fen ilə
qızdırıblar. Beləliklə kleyin təsiri zəiflədilib. Smartfonun daxilindəki
bütün komponentlər xüsusi plastik material vasitəsilə güvənli şəkildə qorunur.
Həmin plastik material isə 16 vint vasitəsilə bərkidilib.

Nəticədə əgər
smartfonun arxa şüşəsi qırılsa da daxili komponentlər zərər görməyəcəklər.
Lakin belə halda smartfon avtomatik olaraq sudan qorunma özəlliyini itirir.
Smartfonu hissələrə ayırarkən iFixit mütəxəssislərinin ən çox bəyəndikləri özəllik
ondan ibarət olub ki, smartfonun daxilindəki komponentlər modul şəklindədirlər
və onları bir-birindən asılı olmayaraq dəyişmək olar.

Batareyanın dəyişilməsi
texniki tərəfdən mümkün olsa da çox qəliz prosesdir. Mənfi cəhətlər sırasında
mütəxəssislər ekranın arxa qapaqdan çətin şəkildə ayrılmasını və batareyanın dəyişilməsi
üçün smartfonun tamamilə hissələrə ayrılmasının lazımlığını qeyd ediblər. Beləliklə
Galaxy S9 Plus modeli təmir olunma mümkünlüyünə görə iFixit saytından 10 xaldan
4-nə layiq görülüb.









Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
