Galaxy S9 Plus iPhone X-ə qarşı. Dözümlülük testi (VİDEO)

Galaxy S9 Plus iPhone X-ə qarşı. Dözümlülük testi (VİDEO)

Texnologiya
12.03.2018 PAYLAŞIM

Galaxy S9 və S9 Plus modellərinin ilk icmal videoları ilə birlikdə yeni smartfonların dözümlülüklərinə aid ilk videolar da çıxmağa başlayıb.

    Məsələn EverythingApplePro adlı YouTube kanalının müəllifləri Galaxy S9 Plus ilə iPhone X modellərinin dözümlülük testlərini keçirdərək bu iki smartfonu müqayisə ediblər. Hər iki smartfon ön və arxa tərəfdən şüşə ilə örtülüb, onların ekran ətrafı çərçivələri isə nazikdir. Galaxy S9-un çərçivəsi gücləndirilmiş alüminium ərintisindən, iPhone X-in çərçivəsi isə paslanmayan poladdan hazırlanıb.

    90 santimetr hündürlükdən kənar tərəf üzərinə düşüş testi zamanı smartfonlar zədələnməyiblər. Həmin hündürlükdən arxa panel üzərinə düşüş testindən də smartfonlar uğurla keçiblər. Smartfonlar həmçinin həmin hündürlükdən ejkran üzərinə düşüş testini də keçiblər. Lakin 150 santimetr hündürlükdən düşüş zamanı iPhone X zədələnməsə də Galaxy S9 Plus-ın arxa paneli çatlayıb. İkinci düşüşdə isə iPhone X-in arxa panelində çatlar yaranıb. Həmin hündürlükdən ekran üzərinə düşüş testində hər iki smartfonun ekranı yararsız hala düşüb.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×