main-post-cover

    Galaxy S9-un imkanlarını sərgiləyən reklam videoları təqdim olunub

    14.02.2018
    Farid Pardashunas
    “Samsung” şirkəti Galaxy S9-un təqdimatına hazırlıq çərçivəsində bir neçə reklam videosu təqdim edib.
        Təqdim olunmuş hər bir video yeni smartfonda olacaq özəlliklər barəsində məlumat verir. İlk videoda müxtəlif sürətli hərəkətlərin əks olunduğu kadrlar yer alıb. Gepard qaçır, quşlar uçur, insan boks torbasını yumruqlayır və s. Bu kadrlarla şirkət smartfonda olacaq slo-mo çəkilişini sərgiləyir. Beləliklə istifadəçi slo-mo rejimində bu cür videolar çəkib daha sonra onları detallı şəkildə izləyə biləcək.
        İkinci videoda gecə çəkintisi əks olunub. Qızlar meşəyə çıxırlar və marala rast gəlirlər. Sonuncu kadrda maralın başı dairənin daxilində əks olunur. Bu anda fikir vermək olar ki, maralın başı arxa fondan daha parlaqdır. Bu isə çox güman ki, smartfonun əsas kamerasının dəyişilə bilən diafraqma funksiyasını əks etdirir.
        Sonuncu video isə müxtəlif emosiyaları göstərən gənc oğlana aiddir. Sonda onun üzü animasiyaya çevrilir. Bu isə çox güman ki, interaktiv 3D smayliklərin analoqudur. Onlar istifadəçinin üz mimikalarını smartfonun xüsusi sensorları vasitəsilə təkrar edəcəklər. Bu isə “Apple” şirkətinin Animoji funksiyasına bənzəyir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər