Logo
    main-post-cover

    Galaxy S9-un rəsmi təqdimat tarixi və bəzi məlumatları məlum oldu

    Elm & Texnologiya
    25.01.2018
    Emil
    “Samsung” şirkətinin mobil şöbəsinin prezidenti hələ CES 2018 texnoloji konfransında bildirmişdi ki, Galaxy S9 və S9+ flaqman modelləri Fevral ayının sonunda keçiriləcək MWC 2018 tədbirində təqdim edəcək.
    Bugün isə şirkət rəsmi olaraq təsdiq etdi ki, yeni flaqman modellərinin anonsu 25 Fevral tarixində baş tutacaq. Yəni MWC 2018 tədbirindən 1 gün qabaq. Jurnalistlər isə bu təqdimata artıq dəvətnamə alıblar. Rəsmi dəvətnamədə qeyd olunub ki, Galaxy S9 tamamilə yenilənmiş kameraya sahib olacaq. Şaiyələrə inansaq yeni flaqman modelində olacaq təkmilləşdirilmiş 12 MP-lik kamera 2 diafraqmaya sahib olacaq. Onlardan biri f/1.5 digəri isə f/2.4 olacaq və foto çəkən zaman həmin diafraqmalar arasında keçid etmək mümkün olacaq. Diafraqma arasında keçid özəlliyinə sahib kamera artıq şirkətin digər smartfonu WC2018 modelində təqdim olunmuşdu.

    Görünür, şirkət həmin texnologiyanı yeni Galaxy modellərinə də inteqrasiya etmək istəyir. Bundan əlavə olaraq Galaxy S9 və S9+ saniyədə 480 kadr olmaqla Full HD formatda slow-mo videolar çəkə biləcək. Galaxy S8S8+ modelləri isə yalnız saniyədə 240 kadr olmaqla HD formatlı slow-mo videolar çəkə bilir. Bununla yanaşı Galaxy S9 bir arxa kameraya, Galaxy S9+ isə iki arxa kameraya sahib olacaq. Güman olunur ki, 25 Fevral tarixində baş tutacaq anonsdan sonra smartfonları 1 Mart tarixindən ön sifariş etmək mümkün olacaq. Satışların isə 16 Mart tarixində başlayacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər