
Galaxy Watch Active smart saatının ilk press-render fotosu təqdim olundu
Elm & Texnologiya
04.02.2019
Emil
91mobiles saytı Galaxy Watch Active (Galaxy Sport) smart saatının ilk rəsmi fotosunu təqdim edib. Məlumata əsasən yeni smart saat modeli klassik diayna, silikon materialdan hazırlanmış kəmərə və metal materialdan hazırlanmış gövdəyə sahib olacaq. Təqdim olunmuş fotodan da görmək olar ki, smart saat idarəetmə üçün nəzərdə tutulmuş iki ədəd düymə ilə təchiz olunub. Galaxy Watch Active modeli 4 rəngdə satışa çıxacaq: Black, Silver, Green və Pink Gold. Smart saat AMOLED ekran, 4 GB RAM, Tizen OS əməliyyat sistemi və GPS, NFC, Wi-Fi modulları ilə təchiz olunacaq. Galaxy Watch Active smart saatı 20 fevral tarixində Galaxy S10 smartfon seriyası ilə birlikdə təqdim oluna bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
