main-post-cover

    Galaxy Watch Active smart saatının texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    07.02.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Samsung şirkəti Galaxy Watch Active smart saatının təqdimatına hazırlaşır. İndi isə sözügedən smart saat modelinin texniki göstərici məlumatları ortaya çıxıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə Galaxy Watch Active smart saatı 360x360 piksel keyfiyyətli 1.3 düym dairəvi ekranla təchiz ediləcək.

        Saat həmçinin Exynos 9110 prosessoruna, 4 GB RAM-a və 230 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bunlardan əlavə olaraq smart saata Samsung Pay ödənişləri üçün NFC modul, ürək döyüntülərini ölçmək üçün ötürücü, səsgücləndirici, mikrofon, LTE modul və iki ədəd idarəetmə düyməsi quraşdırılacaq. Yeni smart saat modeli Tizen OS 4 əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy Watch Active smart saatının Galaxy S10 smartfon seriyası ilə birlikdə 20 fevral tarixində təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər