
Galaxy Watch Sport smart saatının fotoları sızdırıldı
Elm & Texnologiya
09.01.2019
Emil
Keçən ilin avqust ayında Samsung şikəti Galaxy Watch smart saat modelini təqdim etmişdi. İndi isə şirkət bu smart saatın Sport versiyası üzərində çalışır. OnLeaks ləqəbi ilə tanınan məşhur insayder isə sözügedən Galaxy Watch Sport modelinin fotolarını təqdim edib. İnsayderin verdiyi məlumata əsasən yeni smart saat modelinin kod adı Pulse-dur və o, 4 rəngdə satışa çıxacaq: Black, Silver, Green və Pink Gold.

Saatın sağ tərəfində idarəetmə üçün nəzərdə tutulmuş iki düyməni görmək olar. Saatın aşağı hissəsində isə ürək döyüntüsünü ölçmək üçün ötürücü var. Təəssüflər olsun ki, insayder yeni smart saat modelinin təqdimat tarixi və ya onun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Lakin güman etmək olar ki, əvvəlki model kimi Sport versiya da AMOLED ekran və 4 GB daxili yaddaş ilə təchiz olunacaq. Çox güman ki, şirkət Galaxy Watch Sport modelini gələn ayın sonunda baş tutacaq MWC 2019 sərgisində təqdim edəcək.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
