Galaxy X və Galaxy S10 gələn ilin əvvəlində təqdim oluna bilərlər

Galaxy X və Galaxy S10 gələn ilin əvvəlində təqdim oluna bilərlər

Texnologiya
05.07.2018 PAYLAŞIM

    Samsung-un uğurlu şəkildə Galaxy S9 modelini satdığı və Galaxy Note 9-un təqdimatına hazırlaşdığı bir vaxtda internetdə əyilə biləcək Galaxy X və yeni nəsil Galaxy S10 modelləri barəsində məlumatlar ortaya çıxır. Ice Universe ləqəbli məşhur Çin mənbəsinin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy X modelini gələn ilin Yanvar ayında təqdim etməlidir. Çox güman ki, sözügedən təqdimat Los Ancelesdə keçirilıəcək CES 2019 tədbirində baş tutacaq. Güman olunur ki, şirkət 300-500 min ədəd Galaxy X modeli istehsal edəcək. İlkin gözləntilərə əsasən Galaxy X modelinin qiyməti 1200$ təşkil edəcək.

    Galaxy S10-a gəldikdə isə onu çox güman ki, ya gələn ilin Fevral ayında Barselonada keçiriləcək MWC 2019 tədbirində yada Galaxy S9 və S9 Plus modelləri ilə olduğu kimi ayrıca bir tədbirdə təqdim edəcəklər. Təəssüflər olsun ki, sözügedən smartfon modellərinin texniki özəllikləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən bu smartfonlar böyük ölçülü AMOLED ekranlar ilə təchiz olunacaqlar və istifadəçi üzünün 3D skan texnologiyasına sahib olacaqlar. Bundan əlavə olaraq ehtimal var ki, Galaxy S10 həmdə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da özündə birləşdirəcək.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×