Logo
    main-post-cover

    Geekbench testi Nokia 9 PureView smartfonunun keçən ilki prosessora sahib olacağını təsdiqlədi

    Elm & Texnologiya
    19.02.2019
    Emil
        Məşhur Geekbench bençmark saytında HMD Global şirkətinin 5 arxa kameralı Nokia 9 PureView flaqman smartfonu ortaya çıxıb. Təəssüflər olsun ki, smartfon keçən ilki Snapdragon 845 prosessoruna sahib olacaq. Halbuki bu il artıq bütün smartfon istehsalçıları öz məhsullarında Snapdragon 855 prosessorundan istifadə edəcəklər.
        Beləliklə Nokia 9 PureView smartfonunun Geekbench testindən keçməsi, onun keçən ilki prosessor ilə təchiz olunacağı məlumatını təsdiqlədi. Geekbench testində iştirak etmiş model 6 GB RAM-a və Android Pie əməliyyat sisteminə sahib olub. Birnüvəli testdə smartfon 2269 xal, çoxnüvəli testdə isə 8793 xal toplayıb. Bu göstəricilər keçən ilki smartfon modellərinin standart göstəriciləridir.

        Əvvəlki məlumat sızıntılarna əsasən Nokia 9 PureView smartfonu 2K HDR10 dəstəkli 6 düym OLED ekran (ekran üzərində çıxıntı hissə olmayacaq), 128 GB daxili yaddaş həcmi, sürətli enerji yığma özəllikli 4150 mAh enerji tutumlu batareya, ekrana inetqrasiya edilmiş barmaq izi skanı texnologiyası və Carl Zeiss markalı 5 arxa kamera modulu ilə təchiz olunacaq. Smartfon Android One proqramı çərçivəsində satışa çıxacaq. Bu isə o deməkdir ki, Nokia 9 PureView smartfonu təmiz Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Nokia 9 PureView 24 fevral tarixində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər