
Geekbench testləri vasitəsilə Xiaomi Redmi Note 7-nin bəzi özəllikləri məlum oldu
Elm & Texnologiya
07.01.2019
Emil
Məşhur bençmark saytı olan Geekbench hələ təqdim olunmamış Xiaomi Redmi Note 7 smartfon modelinin texniki göstəricilərini ortaya çıxardıb. Sözügedən saytda ortaya çıxmış performans göstəricilərinə əsasən Xiaomi Redmi Note 7 modeli Snapdragon 660 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, şirkətin bir sıra digər smartfon modelləri də bu prosessora sahibdirlər (Mi A2 və Mi 8 Lite). Geekbench testindən keçmiş Redmi Note 7 modeli 6 GB RAM-a sahibdir və Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Birnüvəli testdə smartfon 1462 xal, çoxnüvəli testdə isə 4556 xal toplayıb. Smartfonun təqdimat tarixi barəsində isə hələki heç bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
