main-post-cover

    GeForce RTX 30-un təqdimatında Nvidia rəhbərinin rəqəmsal kopyası iştirak edibmiş (VİDEO)

    Elm & Texnologiya
    13.08.2021
    Farid Pardashunas
        GeForce RTX 30 videokart seriyasının təqdimatından artıq bir neçə ay vaxt keçib. Lakin indi məlum olub ki, Nvidia şirkəti həmin təqdimatında əslində istifadəçilərə bir sürpriz edib və indiyənə kimi heç kimin həmin sürprizdən xəbəri olmayıb. Belə ki, şirkət təqdimat tədbirinin əsas sirrini açıqlayıb. Məlum olub ki, Nvidia-nın prezidenti olan Jensen Huang-ın iştirakı ilə yazılmış video formatlı təqdimatda əslində Huang-ın özü yox onun rəqəmsal kopyası əks olunubmuş. Virtual təqdimat Nvidia-nın Omniverse adlı texnologiyası vasitəsilə yaradılıb.
        Bu texnologiya virtual iş mühitinin yaradılması üçün nəzərdə tutulub. Onun köməkliyi ilə Huang-ın üzü və bədəni tamamilə skan olunub və skan nəticəsində əldə edilmiş 3D modelə süni zəka vasitəsilə Huang-ın jestlərini və hərəkətlərini imitasiya etməyi öyrədiblər. Final mərhələdə isə video formatlı təqdimatdakı mətbəx rəqəmsal şəkildə yaradılıb. Nvidia şirkəti bu barədə məlumatı bir neçə gün öncə verib. Belə ki, indiyənə kimi təqdimatda əslində Huang-ın rəqəmsal kopyasının iştirak etdiyini heç kim bilmirdi. Bundan əlavə olaraq Nvidia öz texnologiyasının necə çalışdığı barəsində məlumatı xüsusi videosunda əks etdirib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər