
GeForce RTX 5090 olduqca baha qiymətə satılacaq
Elm & Texnologiya
16.11.2024
Emil
NVIDIA şirkəti yaxın zamanda GeForce RTX 50 viodeokart seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq videokartlardan biri isə GeForce RTX 5090 olacaq. Gözləntilərə əsasən sözügedən videokart olduqca performanslı və yüksək enerji sərfiyyatlı olma ilə yanaşı üstəlik baha qiymətə də satılacaq. İnsayderlərdən biri GeForce RTX 5090 videokartının qiymətini Chiphell adlı forumda açıqlayıb. İnsayder sözügedən forumda “5090 msrp” adlı mövzu paylaşımını edərək qısa mesajı təqdim edib. “1999-2499 gddr7. Mənim daha buna imkanım yoxdur”.

Beləliklə gözləntilərə əsasən GeForce RTX 5090-nın qiyməti 1999$-dan 2499$-a kimi diapazonda təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 4090 Founders Edition satışa çıxan zaman onun qiyməti 1599$ təşkil edirdi. Burdan da belə qənaətə gəlmək olar ki, təqdim olunacaq yeni videokartın qiyməti 25-56% daha yüksək olacaq. Digər tərəfdən müxtəlif istehsalçılardan olan RTX 4090-nın qiyməti indiki zamanda da 1999$ təşkil edir. Buna görə də insayderin təqdim etmiş olduğu qiymət göstəricisinin NVIDIA-ya yoxsa kənar istehsalçılara aid olduğu aydın deyil.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
