Logo
    main-post-cover

    GeForce RTX 5090 videokartı olduqca böyük ölçülü olacaq

    Elm & Texnologiya
    18.12.2024
    Emil
         NVIDIA şirkəti 5 yanvar tarixində ABŞ-da start götürəcək CES 2025 sərgisi çərçivəsində öz təqdimat tədbirini keçirəcək. Şirkət baş tutacaq təqdimat tədbiri çərçivəsində GeForce RTX 50 videokart seriyasını təqdim edəcək və bu seriyaya daxil olacaq modellərdən biri də RTX 5090 olacaq. İndi isə internetdə bu videokart barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən RTX 5090-ın ölçüsü olduqca böyük olacaq.
         Belə ki, sözügedən videokart kompüter gövdəsində 4 slotluq yer tutacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan RTX 4090 videokartı kompüter gövdəsində 3 slotluq yer tutur. Bununla yanaşı məlumatda qeyd edilib ki, RTX 5090-ın enerji sərfiyyatı 600 vatt təşkil edəcək. Məlumata əsasən NVIDIA-nın bu yeni videokartı GDDR7 standartlı 32 GB-lıq VRAM-ı və 21 760 CUDA nüvəsini əldə edəcək.
    Paylaş