Gələcək Apple AirPods modelləri eşitmə aparatlarını əvəz edə biləcəklər

Gələcək Apple AirPods modelləri eşitmə aparatlarını əvəz edə biləcəklər

Texnologiya
13.03.2023 PAYLAŞIM

    Bloomberg saytının məşhur analitiki Mark Gurman gələcək Apple AirPods naqilsiz qulaqlıqlarının bəzi funksiyaları barəsində məlumat verib. Beləliklə Gurman-ın sözlərinə əsasən yaxın 1 və ya 2 il ərzində Apple şirkəti AirPods-u yeniləyərək ona eşitmə qabiliyyətini yaxşılaşdıracaq bir neçə funksiya inteqrasiya edə bilər. Bu üsul ilə şirkət ənənəvi eşitmə aparatlarını AirPods ilə əvəzləmək istəyir. Ümumiyyətlə Apple son illərdə bu istiqamətlərdə aktiv şəkildə çalışır. Məsələn, şirkət AirPods-da eşitmə qabiliyyətinə hədəflənmiş bir neçə funksiyanı istifadəyə verib.

    Onlara misal olaraq Live Listen Conversation Boost funksiyalarını gətirmək olar. Sözgüedən funksiyalar ikinci şəxsin danışıq səsinin gücünü artırmaq üçün nəzərdə tutulub. Lakin bu funksiyalar ABŞ-ın FDA orqanı tərəfindən təsdiqlənməyib. Buna görə də onlar eşitmə aparatlarının əvəz edilməsi üçün nəzərdə tutulmayıblar. Apple şirkətinin səhiyyə sahəsindəki məqsədlərini nəzərə almaqla Gurman düşünür ki, yaxın gələcəkdə AirPods bu cür tibbi imkanları rəsmi şəkildə öz üzərinə götürəcək.


    Bunun üçün eşitmə qabiliyyətini yaxşılaşdıracaq yeni AirPods-u satışa çıxartmaq lazım deyil. Belə ki, bunu proqram təminatı yenilənməsi vasitəsilə aktual olan AirPods modellərində reallaşdırmaq mümkündür. Çünki şirkətin naqilsiz qulaqlıqları səsgücləndiricilər və mikrofonlarla artıq təchiz olunublar. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo məlumat vermişdi ki, Apple gələcək AirPods modellərinə istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş biometrik funksiyalar əlavə etməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×