Gələn il Azərbaycanda Apple Pay və Samsung Pay ödəmə sistemləri istifadəyə veriləcək

Gələn il Azərbaycanda Apple Pay və Samsung Pay ödəmə sistemləri istifadəyə veriləcək

22.11.2018 PAYLAŞIM

    2019-cu ildə Azərbaycanda Apple PaySamsung Pay ödəmə servisləri istifadəyə veriləcək. Bu barədə Trend.az saytına MasterCard-ın biznes və rəqəmsal ödəmələr departamentinin rəhbəri Hakan Tatlıcı bildirib. “Ümumilikdə növbəti il ərzində biz MasterPass kimi yeni rəqəmsal ödəmə texnologiyalarının istifadəyə verilməsinin şahidi olacağıq. Fiziki ödəmələrdə mobil telefonlar vasitəsilə kontaktsız ödəmələr istifadəyə veriləcək və həmçinin 2020-ci ilə kimi digər “ağıllı” ödəmələrin istifadəsi genişlənəcək” – deyə Hakan Tatlıcı bildirib.

    Onun sözlərinə əsasən bugün Azərbaycanda smartfonlardan istifadə 60%, internetdən istifadə isə 65% təşkil edir. “Bu o deməkdir ki, bazar artıq hazırdır. İnsanlar online ödənişlər etməyə və elektron ticarət servisləri vasitəsilə satışlar reallaşdırmağa hazırdırlar. Biz isə öz növbəmizdə Azərbaycanda rəqəmsal ödənişlərin payının artırılmasına çalışırıq” – deyə Hakan Tatlıcı əlavə edib.

Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, 2018-2020-ci illər üçün rəqəmsal ödənişlərin yayılması üzrə dövlət proqramı çərçivəsində qeyd olunub ki, 2021-ci ilə kimi ölkədə rəqəmsal ödənişlərin hər il hesablanma göstəriciləri təqribi olaraq 17 milyard manata çatacaq. Sözügedən proqramın reallaşdırılması ölkədə rəqəmsal ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Proqrama əsasən ölkə iqtisadiyyatında reallaşdırılan tranzaksiyaların nağd pulla hesablanması payı 74%-dən 40%-ə düşəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×