Logo
    main-post-cover

    Gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq

    Elm & Texnologiya
    11.10.2023
    Emil
         Apple gələn il Apple Watch 10 smart saatını təqdim edəcək. Daha öncə düşünülürdü ki, Apple Watch 10 smart saatı iPhone X-in yolu ilə gedərək tamamilə yeni bir məhsul olacaq. Lakin məşhur analitik Ming-Chi Kuo-nun fikrincə belə bir gedişatı gözləmək lazım deyil. Analitikin sözlərinə əsasən gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq. Yeni smart saat micro-LED ekrana sahib olmayacaq.
         Belə ki, Apple micro-LED ekranı smart saata ya 2025-ci ya da 2026-cı ildə inteqrasiya edəcək. Apple Watch 10-da hər hansısa innovasiya böyük ehtimal ilə olmayacaq. Son zamanlarda müzakirəsi aparılmış bir tibbi özəllik də yaxın illərdə Apple Watch smart saatlarında mövcud olmayacaq. Söhbət, qandakı şəkər miqdarının təyini funksiyasından gedir. Böyük ehtimal ilə gələn ilki smart saatın xarici görünüşündə də heç bir dəyişiklik olmayacaq.
    Paylaş