Gələn ilin əvvəlində Apple şirkəti 2 yeni iPad modeli təqdim edə bilər

Gələn ilin əvvəlində Apple şirkəti 2 yeni iPad modeli təqdim edə bilər

Texnologiya
22.12.2018 PAYLAŞIM

    2019-cu ilin ilk yarısında Apple şirkəti öz pərəstişkarlarını yeni iPad modelləri ilə sevindirə bilər. Söhbət yeni iPad Mini modeli və yüksək qiymət göstəricisinə sahib olmayan 9.7 düym ekranlı iPad modelindən gedir. Bu barədə Macotakara saytı xəbər verib. Məlumata əsasən yeni iPad Mini modelinin istehsalına bu ayın sonunda start verilməlidir.

    Məlumatda həmçinin qeyd olunub ki, beşinci nəsil iPad Mini modeli yeni prosessor və ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq bir neçə ildir ki, iPad Mini seriyasını yeniləmir. Belə ki, iPad Mini 4 2015-ci ildə satışa çıxmışdı. Lakin 9.7 düym ekrana sahib iPad bu ilin mart ayında təqdim edilmişdi.

Bənzər xəbər


    Lakin şirkət onu bir qədər təkmilləşdirmək niyyətindədir. Belə ki, şirkət planşetin ekranını 10 düymə kimi böyütməyi və onun ətraf çərçivələrini nazikləşdirməyi planlaşdırır. Sözügedən modelin qiymətinin isə əvvəlki kimi olacağı bildirilir. Qeyd etmək lazımdır ki, hal hazırda 9.7 düym ekrana sahib iPad modelinin Wi-Fi funksiyalı versiyası 329$-a, LTE funksiyalı versiyası isə 459$-a satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×