
Gələn ilki iPad Pro barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
23.11.2023
Emil
Bütün gözləntilərə baxmayaraq Apple şirkəti bui il iPad planşetlərini yeniləmədi. Lakin bunun gələn il baş tutacağı artıq dəqiqdir. Şirkətin gələn il təqdim edıəcəyi yeni planşetlər arasında yenilənmiş iPad Pro modelləri olacaq. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət gələn il 3 yeni iPad Pro modelini təqdim edəcək. Onlardan birincisi 11 düym-lük OLED ekrana, ikincisi 12.9 düym-lük OLED ekrana, üçüncüsü isə 14.1 düym-lük mini-LED ekrana sahib olacaq. İnsayderlər həmçinin qeyd ediblər ki, gələn ilki iPad Pro modellərindən birinin ekranının maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək və o, M3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı həmin iPad Pro planşetinin ekranı üzərində Dynamic Island çıxıntısı yerləşəcək və o özündə 8 GB RAM-ı və Apple Pencil 3 stilusunu birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
