Gələn ilki iPhone'lar barəsində yeni məlumat verildi

Gələn ilki iPhone'lar barəsində yeni məlumat verildi

Texnologiya
30.10.2019 PAYLAŞIM

    Apple şirkəti gələn il 5G dəstəkli 3 iPhone modelini təqdim edəcək. Bu barədə Nikkei Asian Review saytı xəbər verib. Məlumatda qeyd olunub ki, gələn il təqdim olunacaq iPhone modelləri 5.4 düym, 6.1 düym və 6.7 düym ölçülü ekranlara və Qualcomm X55 adlı sürətli 5G modemə sahib olacaqlar. Qualcomm-un verdiyi məlumata əsasən X55 adlı 5G modemin pik download sürəti saniyədə 7 Gbit, upload sürəti isə saniyədə 3 Gbit təşkil edir.

    Lakin faktiki olaraq şəbəkə sürəti mobil operatordan asılı olacaq. İlk öncə Apple şirkəti 2020-ci il iPhone modellərində Intel şirkətinin 5G modemlərindən istifadə etməyi planlaşdırırdı. Lakin şirkət hələ smartfonlar üçün 5G modem istehsalı ilə məşğul deyil. Bundan əlavə olaraq verilmiş yeni hesabat onu təsdiqləyir ki, Apple şirkəti gələn il öz smartfon modellərində 5 nanometrlik texnoloji prosses əsasında hazırlanacaq A14 prosessorundan istifadə edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×