Logo
    main-post-cover

    Gələn ilki MediaTek Dimensity 9400 prosessoru 3 nanometrlik olacaq

         MediaTek keçən ay Dimensity 9300 flaqman prosessorunu təqdim etdi. Sözügedən prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanır. Gələn il isə MediaTek Dimensity 9400 prosessorunu təqdim edəcək. Şirkət gələn il təqdim ediləcək Dimensity 9400 prosessorunun 3 nanometrlik texnoloji proses əsasında hazırlanacağına işarə edib. Şirkət birbaşa prosessorun adını çəkməsə də qeyd edib ki, o, ilk 3 nanometrlik prosessorunun istehsalı mövzusunda TSMC şirkəti ilə birgə aktiv şəkildə çalışır. Qeyd etmək lazımdır ki, TSMC şirkəti 3 nanometrlik prosessoru hal-hazırda yalnız Apple şirkəti üçün istehsal edir. Söhbət, iPhone 15 Pro modellərində istifadə edilən Apple A17 Pro prosessorundan gedir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...