Gənc aktivist Google və Facebook'a qarşı 8.8 milyard dollarlıq məhməkə iddiası qaldırıb

Gənc aktivist Google və Facebook'a qarşı 8.8 milyard dollarlıq məhməkə iddiası qaldırıb

Texnologiya
27.05.2018 PAYLAŞIM

    25 May tarixində Avropa Birliyində özəl məlumatların təhlükəsizliyi ilə bağlı General Data Protection Regulation (GDPR) adı ilə tanınan yeni qanun qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi ilk gündəcə avstriyalı hüquqşünas və məlumatların qorunması uğrunda mübarizə aparan Max Schrems Google, Facebook, InstagramWhatsapp-a qarşı None of Your Business qeyri-kommersiya təşkilatı adından məhkəmə iddiası qaldırıb. O bildirib ki, böyük şirkətlər öz servislərinə keçidin məhdudlaşdırılması hədə-qorxusu sayəsində istifadəçilərin yeni şərtləri məcburi şəkildə qəbul etmələrinə nail olmağa çalışırlar. Bu isə öz növbəsində GDPR qanununun tələblərinə ziddir.

    CNBC ilə söhbətində Max bildirib ki, Facebook artıq yeni şərtləri qəbul etməmiş bəzi istifadəçilərin hesablarını dondurub. “İstifadəçilərin iki seçimi var idi: Ya hesablarını pozsunlar yada “razıyam” düyməsinə klik etsinlər. Bu isə azad seçimə bənzəmir. Bu daha çox Şimali Koreyadakı seçimlərə bənzəyir” – deyə Max öz müsahibəsində bildirib. Yeni qaydalara əsasən Avropada yerləşən və ya Avropa Birliyinə daxil olan ölkələrdən olan vətəndaşlar ilə çalışan internet şirkətləri həmin insanların özəl məlumatlarını emal etmək üçün hər bir şəxsdən icazə almalıdırlar.

Bənzər xəbər


    Bununla belə istifadəçilərin yeni şərtlərlə razılaşmama imkanları da olmalıdır. Bundan əlavə olaraq istifadəçilərin istənilən vaxt onlar barəsində hansı məlumatların yığıldığını və həmin məlumatların hansı məqsədlə yığıldığını şirkətlərdən öyrənmək hüquqları var. GDPR normalarının pozulması halında şirkət öz illik gəlirinin 4%-ni (20 milyon avro və ya 23.4 milyon dollar) cərimə kimi ödəməlidir. Beləliklə None of Your Business qeyri-kommersiya təşkilatı Avropanın müxtəlif ölkələrində 4 məhkəmə iddiası qaldırıb. Max-ın hesablamalarına əsasən məhkəmə tərəfindən maksimal cərimə məbləğinin təyin olunacağı halında Google və Facebook (Instagram və Whatsapp) şirkətləri üçün olacaq cərimə məbləği ümumilikdə 7.6 milyard avro (8/8 milyard dollar) təşkil edə bilər.

- Google şirkəti: Məhkəmə iddiası Fransada qaldırılıb. Maksimal cərimə məbləği 3.7 milyard avro

- Facebook şirkəti: Məhkəmə iddiası Avstriyada qaldırılıb. Maksimal cərimə məbləği 1.3 milyard avro

- Instagram: Məhkəmə iddiası Belçikada qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro

- Whatsapp: Məhkəmə iddiası Hamburqda qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro.

    Facebook şirkətinin özəl məlumatların qorunması üzrə direktoru Erin Egan CNBC ilə müsahibəsində bildirib ki, şirkət GDPR qanununun qüvvəyə minməsi üçün son 18 ay ərzində çalışıb. Onun sözlərinə görə şirkət öz siyasətini daha anlaşılan edib və istifadəçilər üçün konfidensiallıq parametrlərinin axtarışını daha da asanlaşdırıb. Qeyd etmək lazımdır ki, 2015-ci ildə Max Schrems Facebook-a qarşı olmuş məhkəmə iddialarından birində qalib gəlmişdi. Həmin vaxtda Avropa Məhkəməsi onun tərəfini tutaraq Avropa Birliyi ilə ABŞ arasındakı razılaşmanı qanunsuz hesab etmişdi. Həmin razılaşmaya əsasən şirkətlər avropalı istifadəçilərin məlumatlarını ABŞ-a ötürə bilərdilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×