main-post-cover

    General Motors ilə Tesla şirkətləri elektrovelosiped bazarına daxil olmağa hazırlaşırlar

    06.11.2018
    Farid Pardashunas
        Avtomobil sənayesinin böyük təmsilçilərindən olan General Motors ilə Tesla şirkətləri elektrovelosiped bazarına daxil olmağa hazırlaşırlar. Bu mövzuda General Motors şirkətinin məhsulu demək olar ki, hazırdır və şirkət ona yaxşı ad fikirləşəcək şəxsə 10.000$ vəsait ödəyəcək. Lakin Tesla şirkətinin elektrovelosiped modeli barəsində heç bir məlumat yoxdur. Buna baxmayaraq insanlar hər zamanki kimi Elon Musk-dan inqilabi həllər gözləyirlər. Bir neçə il bundan qabaq çox kiçik bir bazar olmuş elektrovelosipedlər getdikcə böyük şirkətlərin diqqətlərini cəlb edir. Buna misal olaraq elə General Motors ilə Tesla şirkətlərini gətirmək olar. Lakin bu şirkətlərdən hər biri öz layihələrinin müxtəlif mərhələlərindədirlər.

        General Motors şirkəti artıq öz elektrovelosiped modellərindən birini təqdim edib. Elon Musk isə ənənəvi olaraq bu sahəyə hələki marağının olduğunu qeyd edib. Electrek saytının verdiyi məlumata əsasən General Motors şirkəti iki elektrovelosiped modelini təqdim edəcək. Onlardan biri yığıla bilən, digəri isə kompakt ölçüdə olacaq. Şirkət bildirib ki, elektrovelosipedlərin güvənliyi avtomobil sənayesi standartları üzrə yoxlanılıb və elektrovelosipedlərin üzərində vaxtı ikən Chevrolet Volt elektromobilini yaratmış mühəndislər çalışıblar. Şirkətin elektrovelosiped modelinin texniki göstəriciləri barəsində məlumat olmasa da, onun fotolarında bəzi özəllikləri görmək olar. Beləliklə şirkətin elektrovelosipedini pedala inteqrasiya edilmiş mühərrik bloku hərəkətə gətirəcək. Bununla yanaşı görmək olar ki, elektrovelosipedin hər iki təkərində disk tormozlanması sistemi yerləşdirilib.

        Tesla şirkətinin məhsulu barəsində isə demək olar ki, heçnə məlum deyil. Elon Musk öz müsahibələrindən birində bu məsələyə səthi yanaşmışdı. “Bəli, biz elektrovelosiped istehsal edə bilərik” – deyə Musk müsahibələrindən birində qeyd etmişdi. Electrek saytının fikrincə əgər Tesla istəsə, elektrovelosiped bazarında inqilab etməyə qadirdir. Birincisi elektrovelosipedləri hal hazırki mərhələdə əsasən cavan startaplar istehsal edirlər. Və çox halda bu, velosiped gövdəsində müxtəlif komponentlərin birləşməsi olur. Tesla isə hər şeyi sıfırdan özü istehsal edərək ideal şəkildə birləşdirə bilər. İkincisi elektrovelosiped bazarında hal hazırda elektrik komponentləri baxımından durğunluq yaşanır. Tesla şirkəti isə bu sahədə ən güclülərindən biridir.
        Məişət səviyyəsində olan batareyalar artıq uzun illərdir ki, təkmilləşdirilmir. Elektromühərriklər isə ildən-ilə daha kompakt və güclü hala gəlirlər. Üçüncü səbəb isə ABŞ ərazisində olan istehsalatdır. Kiçik istehsalçılar hətta Çində istehsal olunmuş elektrovelosipedlərə 25%-lik verginin təyin olunmasından sonra da bildirdilər ki, onlar istehsalat prosesini ABŞ ərazisinə daşımağı düşünmürlər. Bunun yerinə onlar sadəcə olaraq elektrovelosipedlərin qiymətlərini bir qədər qaldırırlar. Tesla şirkəti isə ABŞ-da yerləşən zavodunda bu cür məhsulu istehsal etməyə hazırdır. Bütün bunlara baxmayaraq Tesla şirkətinin bu cür məhsulu nə zaman istehsal edəcəyi və ümumiyyətlə istehsal edib-etməyəcəyi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər