main-post-cover

    General Motors öz avtomobillərinə ChatGPT əsaslı yeni nəsil səsli köməkçini inteqrasiya edəcək

    Elm & Texnologiya
    13.03.2023
    Emil Nəcəfov
        Microsoft ilə əməkdaşlıq çərçivəsində General Motors şirkəti öz avtomobilləri üçün yeni nəsil səsli köməkçinin hazırlanmasına start verib. Hazırlanan yeni nəsil səsli köməkçi Microsoft şirkətinin Azure bulud infrastrukturu əsasında çalışacaq. Qeyd etmək lazımdır ki, Azure öz növbəsində OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun funksiyalarını özündə birləşdirir. “ChatGPT demək olar hər yerə inteqrasiya ediləcələk” - deyə General Motors şirkətinin vitse-prezidenti Scott Miller qeyd edib.
        Məlumatda qeyd edilib ki, söhbət, səsli köməkçilərin təkamüllərindən deyil, avtomobillərdə reallaşdırılacaq daha təkmilləşdirilmiş köməkçi sistemlərdən gedir. Məsələn bu cür sistemə sahib olan avtomobildə hansısa problemin yaranması və ya avtomobil salonunda hansısa xəbərdarlıq işığının yanıb-sönməsi zamanı avtomobilin sürücüsü təkmilləşdirilmiş sistemdən problemin necə həll olunmasını və ya yanıb-sönən xəbərdarlıq işığının nəyə işarə etdiyini soruşa bilər.
        Bu halda sürücü avtomobil üçün nəzərdə tutulmuş təlimatı uzun uzadı araşdırmalı olmayacaq. General Motors-un partnyoru olmuş Microsoft digər texnoloji şirkətlər kimi öz texnoloji həllərini nəqliyyat sahəsinə inteqrasiya etməyə başlayıb. Söhbət, informasiya-əyləncə sistemlərindən, avtomobilin müxtəlf funksiyalarını idarə edən əməliyyat sistemlərindən və avtopilot texnologiyalarından gedir. Nəqliyyat sahəsində öz mövqelərinin gücləndirilməsində Microsoft-a OpenAI ilə əməkdaşlıq yardımçı olacaq.
    Linki kopyala