General Motors şirkəti elektrikli Hummer pikapını satışa çıxardacaq
Elm & Texnologiya
11.01.2020
Farid Pardashunas
General Motors şirkəti 2022-ci ildə Hummer markalı avtomobillərin satışlarını bərpa edəcək. Lakin bu dəfə Hummer markalı avtomobil tamamilə elektrikləşdirilmiş olacaq. Elektrikli Hummer-in digər texniki özəllikləri barəsində hələ məlumat yoxdur. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Qeyd etmək lazımdır ki, General Motors şirkəti Hummer markalı avtomobillərin istehsalını 2010-cu ildə dayandırmışdı.
Ola bilər ki, elektrikli Hummer modeli məhdud sayda satışa çıxsın. Pikap Hummer modeli General Motors şirkətinin növbəti illərdə satışa çıxartmağa planlaşdırdığı bir sıra elektrikləşdirilmiş pikap modelləri arasında ilklərdən olacaq. Məlumata əsasən şirkət ayrıca Hummer markasını bərpa etmək niyyətində deyil.
Bunun yerinə bu marka GMC-nin (General Motors-un brendi) avtomobil modellərindən biri olacaq. Qeyd etmək lazımdır ki, GMC isə öz növbəsində yük maşınları və off-road avtomobillərin istehsalı ilə məşğul olur. Məlumatda qeyd olunub ki, elektrikli Hummer modelinin reklam olunması üçün General Motors məşhur baketbolçu Lebron James-i işə cəlb edib. Məlumata əsasən elektrikli Hummer-in ilk reklam videosu artıq gələn ay təqdim ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ